Martın 16-da Azərbaycanın görkəmli caz ustası Vaqif Mustafazadənin anadan olmasının 70-ci ildönümü tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında təntənəli mərasim və konsert keçiriləcək.
Yubiley tədbiri ilə əlaqədar mərhum sənətkarın həyat yoldaşı Elza Mustafazadə və qızı, bəstəkar, pianoçu Əzizə Mustafazadə Bakıya gəlib. Əzizə Mustafazadə atasının yubiley mərasimində xüsusi konsert proqramı ilə çıxış edəcək.
Pianoçu bir neçə gün Bakıda olacaq. ANSPRESS
Əzizə Mustafazadə Bakıdadır
Əzizə Mustafazadə atasının 70 illik yubileyində çıxış edəcək




Şərhlər