Mədəniyyət

Eurovision 2010 açılış mərasimi oldu

Eurovision 2010 açılış mərasimi oldu. Oslonun meri hər kəsi rəhbərlik etdiyi şəhərdə görməkdən məmnun olduğunu bildirib.

· Xəbərçi
Eurovision 2010 açılış mərasimi oldu
Dünən axşam Norveçin paytaxtı Osloda "Eurovision-2010" mahnı müsabiqəsinin açılış mərasimi keçirilib.
Tədbiri Oslo çəhərinin meri Fabian Steng açıb və hər kəsi rəhbərlik etdiyi şəhərdə görməkdən məmnun olduğunu bildirib.

Steng müsabiqədə iştirak edəcək nümayəndə heyətlərinə üz tutaraq belədeyib: "Ümid edirik ki, bu müsabiqə bizim birliyimizin rəmzi olacaq. Qoy güclü qalib gəlsin!"

Müsabiqəyə qatılacaq nümayəndə heyətləri əlifba sırası ilə qırmızı xalçanın üstü ilə addımlayaraq, açılış mərasiminin keçirildiyi binaya daxil olub. Tədbirdə "Eurovision" müsabiqəsinin icraçı direktoru Svante Stokselius da çıxış edib. ANSPRESS

Şərhlər