"Ər və arvad" səhnədə
03 Oktyabr 2010 Bazar 14:10
100 illik fasilədən sonra Üzeyir Hacıbəylinin operettasının Musiqili Komediya Teatrında premyerası olacaq.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin “Ər və arvad” operettasının premyerası keçiriləcək. Premyera oktyabr ayının 16-17-də baş tutacaq.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, əsər Üzeyir Hacıbəylinin 125, Musiqili Komediya Teatrının isə 100 illik yubileyləri münasibətilə səhnələşdirilib.

Yeni quruluşda səhnə əsərində rolları xalq artistləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Yaşar Nuri, İlham Namiq Kamal, Arif Quliyev, əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə ifa edəcəklər.Tamaşanın quruluşçu rejissoru Yusif Əkbər, musiqi rəhbəri Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur.

Xatırladaq ki, 1909-cu ildə Üzeyir Hacıbəyli tərəfindən qələmə alınmış Şərqin ilk operettası 1910-cu ildə Musiqili Komediya Teatrının səhnəsində tamaşaya qoyulub. Həmin vaxtdan keçən 100 il ərzində əsər heç bir teatrın səhnəsində oynanılmayıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar