Ən gənc Koroğlu
29 Mart 2011 Çərşənbə Axşamı 16:38
26 yaşlı Ramil Qasımov Azərbaycan musiqi tarixinə bu rolu oynayan ən gənc ifaçı kimi daxil olub
Azərbaycan musiqisi tarixinin ən gənc "Koroğlu" ifaçısı Opera və Balet Tetrında səhnəyə çıxıb. Bu, 26 yaşlı Ramil Qasımovdur.
ANS PRESS-in məlumatına görə, ötən gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin "Koroğlu" operettasının növbəti tamaşası keçirilib. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada "Koroğlu" rolununun ifaçısı olan gənc Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solistidir. R.Qasımov bu gün keçirdiyi mətbuat konfransında ilk ifasını Bülbülə ithaf etdiyini bildirib.
Mətbuat nümayəndələri ilə görüşən aktyor təəssüratlarını bölüşüb. "Mən 15 yaşımda olanda daxilimdə Koroğlu formalaşırdı. Çünki operanı çox sevirdim. Bu, böyük arzum idi. Koroğlunun ariyasını, aşıq mahnısını simfonik orkestrin müşayiəti ilə lentə aldırmışdım və dövlət tədbirlərində çox zaman onları ifa edirdim. Sözsüz ki, bunu da teatr rəhbərliyi görürdü. Əsas məqamlar onun ariyasıdı, aşıq mahnılarıdır, əgər onun öhdəsindən cavan adam gəlirsə, deməli onu teatra dəvət etmək olar".
R.Qasımovun sözlərinə görə, onun "Koroğlu" obrazında rolun ilk ifaçılarından olan Lütfiyar İmanov da görüb. "Mənim solo konsertimdə Lütfiyar İmanov səhnəyə çıxdı və bildirdi ki, "mən özümdən sonra gənc Koroğlu"nu Ramildə görürəm, duyuram. Ramil səhnədə Koroğlunun 7777 dəlisindən biridir. Bu sənətin gərək dəlisi olasan!"".
"Koroğlu" rolunun ən gənc ifaçısının sözlərinə görə, həddindən böyük məsuliyyəti olan rola hazırlaşan zaman 1 ay atla məşq edib, 2,5 saat qrim olunub.
Qeyd edək ki, gənc sənətçi 1999-cu ildən Musiqili Komediya teatrının sosistidir. O, Ü.Hacəbəylinin "O olmasın, bu olsun" (Sərvər),"Arşın mal alan" (Əsgər), O.Rəcəbov və A.Babayevin "Şeytanın yubileyin" (Akif), V.Adıgözəlov və Anarın "Aldın payını çağır dayını" (Fağır-Bağır), R.Mirişli və M.Haqverdiyev "Qısqanc ürəklər" (Telman") və sairə tamaşalarda çıxış edib. Azərbaycan Dövlət televiziyasının Qızıl Fondunda onun ifasında 120-dən çox ariya, romans, ballada, 5 sonata, 6 oda və fortapiano ilə yazılmış əsərlər saxlanılır.
DOSTLARINLA PAYLAŞ: