Kiçik yaşlı məktəblilərin sevimli jurnalı olan "Elli" bu gün Bakının Suraxan rayonunda yerləşən 7 saylı Uşaq Evində görüş keririr. ANS PRESS-in məlumatına görə, jurnalın əməkdaşlarının uşaqlarla görüşü 1 iyun-Beynəlxalq Uşaq Müdafiəsi Gününə həsr olunub. Tədbir "Bakcell" şirkətinin baş sponsorluğu ilə reallaşır.
"ANS PRESS Nəşriyyat Evinin çap məhsulu olan jurnal uşaqlarl görüşə hədiyyələrlə yanaşı, sevilən müğənniləri də aparıb. Tədbirdə müğənnilər Samirə Allahverdi, Rahidə Baxış, Mehrim və başqalarının iştirakı gözlənilir.
Tədbir başa çatdıqdan sonra geniş reportajı sizə təqdim edəcəyik.
"Elli" uşaqların görüşünə getdi
Görüş 1 iyun-Beynəlxalq Uşaq Müdafiəsi Gününə həsr olunub




Şərhlər