Elçin Həmidov bu gün dəfn ediləcək
06 Mart 2011 Bazar 02:01
Tanınmış akytor Elçin Həmidov tənhalıqda dünyasını dəyişib, meyiti bir gün sonra aşkarlanıb.
Azərbaycanın əməkdar artisti Elçin Həmidovla vida mərasimi bu gün Heydər Əliyekv prospekti 101 A ünvanında (“Günəş” restoranının yaxınlığı) keçiriləcək. Vidalaşma saat 12.00-da başlayacaq və iki saat davam edəcək.
ANS PRESS-in əldə etdiyi məlumata görə, artistin meyitini onun həmkarı və dostu, əməkdar artist Kübra Əliyeva aşkarlayıb. Elçin Həmidov tək yaşayırmış. Onun görünmməsindən narahat olan Kübra Əliyeva evinə gedib. Qapının zəngini bassa da, açan olmayıb. Lakin evdən televizorun səsi eşidilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb və onlar mənzilə daxil olublar. Evdə Elçin Həmidovun meyiti aşkarlanıb.
İlkin məlumatlara görə, aktyor martın 4-də ürək tutmasından vəfat edib.
Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox “Planeta parni iz Baku” qrupunun tamaşalarındakı “Məzi” rolunun ifaçısı kimi tanınıb.
Allah rəhmət eləsin! ANSPRESS
DOSTLARINLA PAYLAŞ: