Elçin Əfəndiyev Türkiyədə mükafat alıb
13 Yanvar 2011 Cümə Axşamı 23:05
Azərbaycanın tanınmış yazıçısı Elçin Əfəndiyev İstanbul Kültür Universitetinin "Fəxri doktor" adı alıb.
Azərbaycanın tanınmış yazıçısı və dramaturqu Elçin Əfəndiyevə İstanbul Kültür Universitetinin “Fəxri doktor” adı verilib. Görkəmli yazıçı bu mükafata Türk dili və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə layiq görülüb. Mükafatı yazıçıya universitetin rektoru Dursun Köçər təqdim edib. Dursun Köçər XX əsrdə Türk dilinin sənət dili kimi qəbul edilməsi istiqamətində Elçin Əfəndiyevin xidmətini qeyd edib.

Bu münasibəltə yazıçı Elçin Əfəndiyev bildirib ki, mədəni əlaqələrin möhkəmlənməsi xalqların bir-birini daha yaxından tanıması deməkdir. Xalqlar bir-birini daha yaxından tanıdıqdan sonra digər sahələrdəki vacib əlaqələr də öz əksini tapacaq. "Təcrübə göstərir ki, mədəni əlaqələr böyük bir şeydir", - deyə yazıçı vurğulayıb. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar