Düsseldorfda Ogae Parti keçirilib
07 May 2011 Şənbə 17:18
Almaniyanın Düsseldorf şəhərində davam edən «Eurovision-2011» beynəlxalq mahnı müsabiqəsi çərçivəsində «Ogae Party» keçirilib.
APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Azərbaycanla yanaşı bütün ölkələrin «Ogae» qrupları təmsilçilərlə görüş keçirərək, onların müsabiqəyə hazırlıqları və əyləncələri üçün yaddaqalan gecə təşkil ediblər. Bu mərasimə 43 təmsilçi ölkədən 25-i iştirak edib. Gecədə Azərbaycan təmsilçiləri Eldar və Nigar da iştirak ediblər. «Ogae Azerbaijan»ın prezidenti Fariz Qasımlı və vitse-prezidenti Ömər Əbdülkərimov da təmsilçilərimizlə səhnəyə çıxıblar və digər Ogae qruplarından fərqli olaraq mərasim iştirakçılarına suallar ünvanlayıblar. Suallara düzgün cavab verənlərə isə hədiyyələr təqdim olunub. Eldar Qasımov və Nigar Camal partidə Moldovanın müsabiqə təmsilçisi «Zdub şi Zdub» qrupunun üzvünün gitara ifası ilə «Running Scared»in akustik versiyasını səsləndiriblər.
Gecədə müxtəlif ölkə jurnalistlərinin maraqlarını cəlb edən təmsilçilərimiz isə dünyanın bir sıra telekanallarına müsahibələr veriblər. APA
DOSTLARINLA PAYLAŞ: