Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan tarixinin ayrılmaz hissəsi, qədim Dərbənd şəhərindən bəhs edən dörd əlyazmanı və bir daşbasmanı “Dərbəndnamələr” adlı kitabda nəşr etdirib. “Nurlan” nəşriyyatında işıq üzü görən kitabda 5 min ildən artıq tarixi olan Dərbəndin ərəb xilafəti dövrü əksini tapıb. Bir kitabda toplanmış əlyazmalar arasında ən çox diqqət cəlb edən Mirzə Cəbrayıl Dərbəndi tərəfindən 1891-ci ildə üzü köçürülmüş “Dərbəndnamə” əsəridir.
Azərbaycan tarixinin öyrənilməsində və işıqlandırılmasında “Dərbəndnamələr” mühüm əhəmiyyət kəsb edir.
Kitabı nəşrə İnstitutun əməkdaşları Arif Ramazanov və Aynur Hacıqədirli hazırlayıb. Yeni nəşrin reaktoru tarix elmləri namizədi Tahirə Həsənzadədir. ANSPRESS
“Dərbəndnamələr” kitabı nəşr olunub
“Dərbəndnamələr” kitabda 5 min ildən artıq tarixi olan Dərbəndin ərəb xilafəti dövrü əksini tapıb.




Şərhlər