Mədəniyyət

Da Vinci Mona Liza rəsmində özünü çəkib?

Da Vinci Mona Liza rəsmində özünü çəkib? Bunu öyrənməyə çalışan alimlər rəssamın ekshümasiya olunmasını istəyirlər.

· Xəbərçi
Da Vinci Mona Liza rəsmində özünü çəkib?
İtaliyanın Mədəni Miras üzrə Milli Komitənin alimlər qrupu məşhur rəssam Leonardo da Vinçinin ekshümasiyası (məhkəmə tibbi müayinə üçün meyitin, qalıqların qəbirdən çıxarılması) üçün icazə istəyib.

“The Sunday Times” qəzetinin verdiyi xəbərə görə, alimlər bu yolla rəssamın çəkdiyi “Mono Liza” rəsmində özünü təsvir etdiyi haqda yayılan xəbərləri ya təsdiq, ya da təkzib etmək istəyirlər.
Alimlər hesab edilər ki, Vinçinin ekshümasiya edilməsi əsərdə olan sirri ortaya çıxarmağın yeganə yoludur.

Amma tədqiqatçılar qeyd edib ki, alimlər əvvəlcə Fransanın Ambuza şəhərində, qapalı vəziyyətdə saxlanılan qalıqların rəssama aid olmasını sübut etməlidirlər. ANSPRESS

Şərhlər