Mədəniyyət

Çingiz oratoriyası

Milli qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş simfonik əsər bu gün ilk dəfə ifa olunub.

· Xəbərçi
Çingiz oratoriyası
Milli qəhrəman Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş simfonik əsər “Çingiz oratoriyası” bu gün ilk dəfə olaraq tanınmış bəstəkar Oqtay Rəcəbovun 70 illik yubileyində ifa olunub.

Qeyd edək ki, professor Aqşin Babayevin ssenarisi əsasında hazırlanan “Çingiz oratoriyası” adlanan əsərin bəstəkarı xalq artisti Oqtay Rəcəbovdur. Oratoriyada Milli qəhrəmanın Qarabağda keçdiyi döyüş yolu musiqi dili ilə bir daha vərəqlənir.

8 hissəlik oratoriyanın 3 hissəsi – “Xocalı od içində”, “Çingiz ariyası” və “Final” səslənib. ANSPRESS

Şərhlər