Camaat "Aşk-ı Memnu"dan narazılıq edir
17 Yanvar 2010 Bazar 15:25
"Aşk-ı Memnu" tamaşaçıları Radio və Televiziya Qurumuna şikayət ərizəsi göndəriblər
Türkiyənin Radio və Televiziya Qurumu 2009-cu ildə ən çox şikayət edilən yerli veriliş və serialları araşdırıb.
Ən çox şikayət edilən seriallar sırasında yüksək reytinqi olan 'Aşk-ı Memnu' serialı yer alıb. Gələn iradların yüzdə iyirmi faizi türk ailə quruluşu və əxlaqına zidd olan səhnələrlə bağlıdır.
Televiziya qurumu şikayət edənlərin sayını da açıqlayıb. Belə ki, 2009-cu ildən bu günə qədər quruma 48 min 601 nəfər insan şikayət ərizəsi göndərib.
Onlardan 13 faizi yarışmaların, 10 faizi reklamın, 9 faizi əyləncə verilişlərinin, 6 faizi isə xəbər buraxılışlarının ünvanına düşür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: