Bilal Əliyev 50 yaşını qeyd edib
30 Dekabr 2009 Çərşənbə 22:35
Bilal Əliyev: "Bu həyatda sənət aləmində yaxşı izlər qoymaq üçün yaşayıram"
Azərbaycanın xalq artisti Bilal Əliyev 50 yaşını geridə qoyub. ANS PRESS-ə açıqlama verən müğənni yaşadığı illərə görə təəssüflənmədiyini bildirib. “Bir çox insanlar mənim yaşımı dəqiq bilmir. Gördüyünüz kimi çox cavan qalmışam, çünki hər zaman haqq-ədaləti, düzgünlüyü sevmişəm. Qəlbim təmiz olub, heç kimə pislik və paxıllıq etməmişəm. Qəlbiqara insanları başa düşə bilmirəm. Yalnız onu deyə bilərəm ki, belə insanlar tez coşur və əsəbləşir. Şou-biznesdə olan hər kəsə əsəbləşməməyi məsləhət görürəm. Bu yaşa kimi çox əziyyətlər çəkmişəm. Hər bir uğuru öz zəhmətim hesabına qazanmışam. Bu həyatda sənət aləmində yaxşı izlər qoymaq üçün yaşayıram”,- deyə o əlavə edib.

Söhbət əsnasında müğənni ad günündə ilk hədiyyəni həmişə həyat yoldaşından aldığını bildirib. Müğənni onu da qeyd edib ki, sənət fəaliyyəti ilə bağlı Yeni ili Bakıda qarşılaya bilməyəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar