Belarus balet ustaları Bakı səhnəsində çıxış edib
02 May 2011 Bazar Ertəsi 15:48
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P. Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilib.
APA-nın məlumatına görə, tamaşada əsas rollarda Belarus Akademik Böyük Teatrının solistləri, Belarusun xalq artisti Olqa Qayko və Belarusun əməkdar artisti Oleq Yeromkin çıxış ediblər. Anşlaqla baş tutan tamaşanın əsas partiyalarının ifası tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb.

Tamaşadan sonra təəssüratlarını bölüşən Olqa Qayko bildirib ki, Belarus teatrının bir sıra aparıcı solistləri dəfələrlə Bakıda olub: “Onlar hər zaman bu teatr haqqında yüksək fikirlər söyləyirdilər. Bu gün mən və tərəf-müqabilim buna bir daha əmin olduq. Sizin çox gözəl balet truppanız, orkestr və dirijorunuz var. Bu tamaşada çıxış etməkdən çox böyük zövq aldıq. Tamaşaçı alqışları bizə daha çox ilham verir və ruhlandırır. Teatrın direktoru Akif Məlikova dəvətə və qastrol səfərimizin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk. Sizin gözəl şəhəriniz və teatrınız haqqında ən xoş təəssüratlarla və bir daha bu şəhərə qayıtmaq, bu səhnədə çıxış etmək arzusu ilə Bakını tərk edirik”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar