Mədəniyyət

Bala Dili sürpriz hazırlayıb

Uşaqlar üçün nəzərdə tutulan jurnalın yeni nömrəsi çıxıb

· Xəbərçi
Bala Dili sürpriz hazırlayıb
"Bala Dili" bu ay yenə də balaları sevindirəcək. ANS PRESS-in məlumatına görə, jurnalın aprel nömrəsi bahar gözəllikləri, bahar sevinci ilə əhatə olunub.

"Elli Boya" rəngləməsi ilə komplekt şəkildə olan jurnalın yeni buraxlışı artıq satışdadır. Uşaqların, asudə vaxtının səmərəli, maraqlı keçirilməsinə, maariflənməsinə yönəldilmiş 3-8 yaş həddini əhatə edən junal maraqlı nağıllar, məzəli oyunlar, müsabiqələr ilə bu ay da balalara sürprizlər hazırlayıb.

Rəngsiz rəsmləri rəngləməklə uşaqlar rəngləməyi, rənglərdən düzgün istifadə etməyi öyrənəcək, zehni inkişafetedirici tapşırıqlarla isə maariflənərək, eyni zamanda vaxtlarını səmərəli keçirəcəklər.

"Bala dili" eyni zamanda qədim abidələrimizi və dünyanın ən böyük abidələrini onlara tanıtmaq üçün "Gəl keçmişə qaçaq" ad altında müsabiqə keçirir. Keçmişə səyahət et, sualları doğru cavablandır, hədiyyə qazan! Qədim, maraqlı pirat gəmisinin sahibi ol!

Öyrədici, uşaqları savadlı olmağa səsləyən "Fil və məktub" nağılı heyvanların dilindən verilsə də elmli olmağa səsləyən bir çağırışdır.

Balalar üçün "Bala Dili" seçimi vacib və düzgün addımdır.



Şərhlər