Bala Dili balaları yenə sevindirdi
25 Mart 2011 Cümə 21:04
“Bala Dili”nin sürprizlərlə dolu aprel nömrəsi çapdan çıxdı
“Bala Dili” növbəti - aprel ayında yenə də balaları sevindirdi. Curnalın yaz nömrəsi bahar gözəllikləri, bahar sevinji ilə əhatə olunub. Curnal Elli Boya - rəngləməsi ilə komplekt şəkildədir.
Uşaqların, asudə vaxtının səmərəli, maraqlı keçirilməsinə, maariflənməsinə yönəldilmiş 3-8 yaş həddini əhatə edən curnal maraqlı nağılları, məzəli oyunları, müsabiqələri ilə bu ay da balalara sürprizlər hazırlayıb.
Rəngsiz rəsmləri rəngləməklə uşaqlar rəngləməyi, rənglərdən düzgün istifadə etməyi öyrənəcək, zehni inkişafetdirici tapşırıqlarla isə maariflənərək, eyni zamanda vaxtlarını səmərəli keçirəcəklər.
Çünki “Bala Dili”nin elə məqsədi budur: «Bala dili» onu sevənləri darıxmağa qoymur.
Qədim abidələrimizi, dünyanın ən qədim abidələrini onlara tanıtmaq üçün “Bala Dili” «Gəl keçmişə qaçaq» rubrikalı ad altında müsabiqə keçirir. Bunun üçün uşaqlara bu formada müraciət edir: Əziz dost! Əsil pirat gəmisi necə, xoşuna gəlir? Cəmi kapitanı olmaq istəyirsən? Bala Dili bu işdə sənə köməkçi olar! Keçmişə səyahət et, sualları doğru cavablandır, hədiyyə qazan! Qədim, maraqlı pirat gəmisinin sahibi ol!»
Öyrədici, uşaqları savadlı olmağa səsləyən «Fil və məktub» nağılı heyvanların dilindən verilsə də maarifləndirici - elmli olmağa səsləyən bir çağırışdır. Bu çağırış isə efirdə balaları cəlb eləmək məqsədilə anons şəklində bu cür səslənir: «Xəbərin var xəbərdən? «Bala dili»ndə yenə toy, bayram, qonaqlıqdır. Şənliyə sən də qoşul, ləngimə, tələs! Şənlikdə sən də iştirak elə!» Əlbəttə belə çağırışlar mütləq balaca oxuculara öz təsirini göstərəcək, onlar jurnalı izləməyə çalışacaq, birbaşa yox, dolayı yolla onlara biliyin, elmin vacibliyi aşınacaq.
Balalar üçün Bala Dili seçimi vacib və düzgün addımdır.
DOSTLARINLA PAYLAŞ: