Bakıda kitab yarmarkası keçiriləcək
10 Mart 2013 Bazar 09:45
Yarmarka və ədəbiyyat festivalı mayda baş tutacaq.
Bakıda ikinci Beynəlxalq kitab yarmarkası və ədəbiyyat festivalı keçiriləcək. Festival böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi ilə əlaqədar olacaq. may ayında keçiriləcək festivalda Qırğız Respublikasının vitse-prezidenti Roza Otunbayevanın rəhbərliyi ilə nümayəndə heyətidə qatılacaq.

Tədbirləri Azərbaycandakı Nizami Gəncəvi adına Beynəlxalq Mərkəz, Böyük Britaniya tərəfdən isə “Silk Road Media” şirkəti, həmçinin “Hertfordshire Press” nəşrlər evi keçirir.
Kitab və ədəbiyyat bayramında beynəlxalq, regional və yerli müəlliflər, dövlət orqanlarının nümayəndələri, nəşriyyatlar, kitab satışı təşkilatları, oxucular iştirak edəcəklər.
Məqsəd Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında kitab nəşri sahəsində əlaqələrin dərinləşdirilməsi və daha da inkişaf etdirilməsidir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti ötən ilin noyabr ayında Bişkekdə birinci Mərkəzi Asiya Kitab forumu və ədəbiyyat festivalında iştirak etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar