Mədəniyyət

Bakıda 3 metrlik səməni cücərdilib

Nəhəng səməni Qız Qalasının yanında yerləşdirilib

· Xəbərçi
Bakıda 3 metrlik səməni cücərdilib
İçəri Şəhərdə nəhəng səməni göyərdilib. Bu barədə ANS PRESS-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bahar bayramının simvolu olan nəhəng səməni Qız Qalasının yaxınlığında yerləşdirilib. Xüsusi şəraitdə yetişdirilən səməninin hündürlüyü 3 metrdir. Ətrafı güllərlə bəzədilmiş səməni, bayram günlərində İçəri Şəhərin qonaqlarında xoş ovqat yaradacaq. ANSPRESS

Şərhlər