Mədəniyyət

Baba Pünhan, ölümündən 24 saat əvvəl

Verilişdə Baba ilə bağlı bir çox məqamlara işıq tutulacaq, bir çox şairin onu niyə mənimsəməməsi barədə sualın cavabı axtarılacaq

· Xəbərçi
Baba Pünhan, ölümündən 24 saat əvvəl
Bu gün “ANS” TV-nin “Ölümündən 24 saat əvvəl” layihəsində Azərbaycanın vətəndaş şairi Baba Pünhanın vəfatından və bu zamana qədər baş vermiş sirrli hadisələrdən bəhs ediləcək. İradə İsaqın təqdimatında nümayiş olunacaq verilişdə Baba ilə bağlı bir çox məqamlara işıq tutulacaq, bir çox şairin onu niyə mənimsəməməsi barədə sualın cavabı axtarılacaq. Bundan başqa Baba Pünhanın ailəsi, yaxın dostları və onunla yaxın olmuş insanlar Baba barədə xatirələrini danışacaqlar. Qeyd edək ki, “Ölümündən 24 saat əvvəl” telelayihəsi bu axşam saat 20.00-də “ANS” teleknalında nümayiş olunacaq.

Şərhlər