Azərbaycan incəsənət ustaları Daşkənddə konsert veriblər
07 Noyabr 2010 Bazar 06:30
Konsert Azərbaycan Milli Sərgisi çərçivəsində baş tutub.
Daşkənddə keçirilən Azərbaycan Milli Sərgisində iştirak edən Azərbaycan incəsənət ustaları noyabrın 6-da ölkəmizin Özbəkistandakı səfirliyinin yanındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Daşkənddəki Azərbaycan diasporunun üzvləri, qardaş özbək xalqının nümayəndələri, jurnalistlər konsertdə olublar.

Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salona toplaşanları salamlayaraq bildirib ki, Mədəniyyət Mərkəzindəki yeni tikilmiş salonda ilk dəfədir ki, tədbir keçirilir: “Mən çox sevinirəm ki, ilk konsertdə istedadlı muğam ustalarımız iştirak edirlər”. Səfir deyib ki, sentyabrın sonunda Özbəkistanda rəsmi səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın dövlət başçısı İslam Kərimovla Daşkənddə Azərbaycanın, Bakıda isə Özbəkistanın milli sərgilərinin keçirilməsi ilə bağlı razılığa gəlmişdilər.

Sonra söz musiqiyə verilib. Azərbaycanın xalq mahnıları, muğam, təsnif və saz havaları ifa olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar