Asan arzular rəsm sərgisi keçiriləcək
25 May 2011 Çərşənbə 17:57
Asan arzular rəsm sərgisi keçiriləcək. “Access Bank” nitq qüsurlu uşaqlar üçün öz əsərlərini nümayiş etdirməyə imkan yaradacaq.
“Access Bank” QSC-nin baş sponsorluğu və “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin təşkilatçılığı ilə mayın 27-29-da “Asan arzular” adlı rəsm sərgisi keçiriləcək. “AccessBank”ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sərgidə E.Mirzəyev adına nitq qüsurlu uşaqlar üçün Respublika Xüsusi İnternat Məktəbinin istedadlı uşaqları öz əsərlərini nümayiş etdirəcək.
Tədbirdə hökumət nümayəndələri, səfirliklər, ictimai xadimlər və şirkətlərin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, “AccessBank” 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank – Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: