Arşın mal alan Qarsda
02 İyul 2010 Cümə 10:35
Arşın mal alan Qarsda. Üzeyir Hacıbəylinin operettasını Samsun Opera və Balet Teatrı səhnələşdirdi.
Türkiyənin Qars şəhərindəki Mədəniyyət sarayında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası sənətsevərlərə təqdim olunub. Samsun Opera və Balet Teatrının səhnələşdirdiyi bu ölməz əsər qarslıların böyük marağına səbəb olub.
Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı haqqında tamaşaçılara məlumat verən teatrın müdiri Ərdoğan Şanal bildirib ki, ötən il yaradılmış teatrın repertuarındakı 10 əsərdən ən maraqlısı “Arşın mal alan” Azərbaycan mədəniyyətinə daha yaxın olan Qars şəhərində səhnələşdirilib. Bu əsər zəngin Azərbaycan xalq musiqisinin ecazkar gözəlliyini də əks etdirir.
Tamaşanı Qars Valiliyi, bələdiyyəsi və Əmniyyət Müdirliyinin təmsilçiləri, ölkəmizin Qarsdakı diplomatik nümayəndəliyinin əməkdaşları izləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: