Anadolu atəşi Bakıya gəlir
17 Mart 2011 Cümə Axşamı 18:37
Türkiyənin məşhur rəqs qrupu Heydər Əliyev Sarayında çıxış edəcək
Türkiyənin məşhur rəqs qrupu “Anadolu atəşi” Bakıya gəlir. Heydər Əliyev Sarayının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məşhur rəqs qrupu sarayın səhnəsində çıxış edəcək. “Anadolu atəşi”nin konserti aprelin sonu üçün planlaşdırılır. Rəqs qrupu Bakıda yeni konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, 2001-ci ildə Türkiyədə fəaliyyətə başlayan "Anadolu atəşi"nin 175 nəfərdən ibarət heyəti var. Qısa müddətdə professionallığı və ifa tərzi ilə sənətsevərlərin diqqətini cəlb edən "Anadolu atəşi" 2002-ci ildə "Eurovision" yarışmasındakı çıxışından sonra məşhurluq qazanıb. Qrupun rəhbəri Mustafa Ərdoğandır.
Onu da qeyd edək ki, Mustafa Ərdoğan məşhur müğənni Gülbən Ərgənin həyat yoldaşıdır. Onlar 3 uşaq sahibidir.
DOSTLARINLA PAYLAŞ: