Avropada qışın ağır fəsadlar törətdiyi bir dövrdə Almaniya gözəl görüntülərə səhnə olub. Belə ki, ölkənin Rostok (Rostock) şəhərində ecazkar buz fiqurların nümayiş etdirildiyi sərgi keçirilib. Sərgidə 15 Almaniya və Polşa heykəltəraşlarının hazırladığı zürafə, şir, oxatan və digər fiqurlar nümayiş etdirilib.
Qlobal istiləşmə dövründə mütəxəssislər bunu qeyri-adi hadisə kimi qiymətləndiriblər.
Qeyd edək ki, buz fiqurların fevral ayınadək əriyəcəyi bildirilir. ANSPRESS
Ağır qışın gözəl mənzərəsi
Almaniyada buz heykəllərin festivalı keçirilib




Şərhlər