64-cü Kann kinofestivalı başladı
12 May 2011 Cümə Axşamı 00:42
64-cü Kann kinofestivalı başladı. “Parisdə gecəyarı” filminin ən adlı-sanlı aktrisalarından olan Karla Bruni-Sarkozi tədbirə gəlməyib.
“Qızıl palma budağı”nın ilk sahibi, kinorejissor Bernardo Bertoluççi 64-cü Kann kinofestivalını açıq elan edib. İlk bayram axşamı xalı cığırla ənənəvi keçidlə başlayıb. Bəzi ulduzlar tamaşaçılara qarşı biganə qalmayıblar və onlara avtoqraf veriblər. Festival sarayının pillələrini tanınmış aktrisalar Klaudiya Kardinale, Salma Hayek və Ayşvariə Ray, Melani Qriffit və Antonio Banderas qalxıblar. Festivalın ilk axşamında 64-cü Kann festivalının siması Fey Danauyey də iştirak edib. Onun 41 il əvvəl çəkilmiş fotosu tədbirin rəsmi afişasını bəzəyirö

Vudi Allenin “Parisdə gecəyarı” filminin aktyorları da festivalın ilk gecəsinə qatılıblar. Amma filmin ən adlı-sanlı aktrisalarından biri, epizodik rol oynayan Fransanın birinci xanımı Karla Bruni-Sarkozi tədbirə gəlməyib.

İştirakçılar münsiflər heyətinin rəhbəri Robert De Nironu ayaq üstdə alqışlayıblar. Məşhur aktyor qonaqlar qarşısında fransızca danışıb. O, əvvəlcə festivalın nömrəsini qarışdırıb. “Məni 75-ci… 64-cü Kann festivalının münasiflər heyətinə başçılıq etmək üçün dəvət etdiyinə görə sağ olun. Ümid edirəm ki, öz işimi yaxşı yerinə yetirəcəm”, - aktyor bildirib.

Mərasimin sonunda festivalın prezidenti Jil Jakob fəxri “qızıl palma budağı”nı Bernardo Bertoluççiyə təqdim edib.

Kann kinofestivalının qalibləri mayın 22-də elan ediləcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar