500 milyon dollarlıq oğurluq
20 May 2010 Cümə Axşamı 17:15
500 milyon dollarlıq oğurluq. Pikasso və Matissenin əsərləri yoxa çıxıb.
Parisin ən böyük və ən izdihamlı muzeylərindən biri hesab olunan Müasir İncəsənət Muzeyindən Pikasso və Matissenin əsərləri oğurlanıb. “Associated Press”in yaydığı məlumatda Pikassonun 2, Matissenin isə 3 rəsminin oğurlandığını bildirilib. Rəsm əsərlərinin itməsi barədə məlumat daxil olduqdan sonra Parisdəki Seine çayından Eyfel qülləsinə qədər böyük bir ərazi polis tərəfindən nəzarətə götürülüb.
Oğurluq hadisəsinin səhər saatlarında baş verdiyi ehtimal olunur. Hansı əsərlərin oğurlanması isə hələlik açıqlanmayıb. Oğurlanan əsərlərin qiymətinin təqribən 500 milyon dollar olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: