27 Mart Beynəlxalq Teatr Günü
27 Mart 2011 Bazar 03:10
27 Mart Beynəlxalq Teatr Günüdür. Hazırda Azərbaycanda 700-ədək aktyoru birləşdirən dövlət teatrı fəaliyyət göstərir.
Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən, hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur.Milli teatr tarixi 1873-cü ildən başlanan Azərbaycanda da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılıb və artıq istismara verilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.

Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər.

Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunublar.

Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar