Son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb
11 Sentyabr 2013 Çərşənbə 12:55
Ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları həcmində investisiya qoyulub.
Son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb. ANS PRESS-in verdiyi xəbərə görə, bunu Bakıda keçirilən I Avropa-Azərbaycan İnvestisiya konfrasında İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.
Onun sözlərinə görə, ölkənin valyuta ehtiyacları 50 milyarda çatıb: “Son 10 ildə Azərbaycanda ÜDM 3 dəfə artıb və ölkənin strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatıb. Ölkə iqtisadiyyatına 132 milyard ABŞ dolları həcmində investisiya qoyulub.”
Nazir müavini həmçinin qeyd edeib ki, İnvestisiya Konfransının Avropa İttifaqı ölkələri və Azərbaycan iş adamları arasında ələqalərin inkişafında mühüm rol oynayacaq.
Konfransda Avropa ittifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinin İcraçısı Toralf Pilz, Almaniya fFederativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tepmel və Avropa Palataları Assosasiyasının East İnvest lahiyəsi üzrə meneceri Birgit Arens də çıxış ediblər. Çıxışlarda Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivlərindən danışıblar.
DOSTLARINLA PAYLAŞ: