İqtisadiyyat

Bu il ölkədə inflyasiya 5-6% olacaq

Bu il Azərbaycanda inflyasiyanın bir rəqəmli səviyyədə olacağı gözlənilir.

· Xəbərçi
Bu il ölkədə inflyasiya 5-6% olacaq
E.Rüstəmovun sözlərinə görə, bu il ərzində inflyasiya illik tempinin 5-6% səviyyəsində olacağı proqnozlaşdırılır.
E.Rüstəmov bildirib ki, bundan sonra inflyasiyanın səviyyəsi ölkədə gedən iqtisadi aktivliklə müəyyənləşəcək. İqtisadi aktivlikdən asılı olaraq, tələbin artması və aktivləşməsi anti-böhran siyasətində olduqca mühüm amildir. Məhz tələb kanallarının gücləndirilməsi inflyasiyanın əhəmiyyətli dərəcədə aşağı düşməsinin qarşısını alacaq: «Hazırda ölkədə illik inflyasiya 12% təşkil edir və hesab edirəm ki, inflyasiya tempinin azalması davam edəcək».

Şərhlər