BP Azerbaycan yeni ofis açıb
20 Sentyabr 2013 Cümə 18:18
BP Azerbaycan yeni ofis açıb. İşçiler Bakının müxtelif yerlerinde olan evvelki ofislerinden “BP Xezer Merkezi”ne köçmeye başlayıblar.
Bu gün Bakıda “BP Azərbaycan” şirkətinin yeni ofisi açılıb. “BP Xəzər Mərkəzi” adlanan yeni ofisi Neftçilər prospektindəki “Port Baku” kompleksində yerləşir. ANS PRESS-ə “BP”dən daxil olan məlumata görə, bu gün bu münasibətlə Bakıda rəsmi açılış tədbiri keçirib. “BP”nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, müxtəlif dövlət qurumlarını və tərəfdaş təşkilatları təmsil edən qonaqların müşayiəti ilə xatirə lövhəsindəki örtüyü endiriblər və binanı gəzərək ofis ilə tanış olublar.

“BP Xəzər Mərkəzi” 16 mərtəbəli binanın5-14-cü mərtəbələrində yerləşəcək və 2100 iş masasından və 135 iclas otağından ibarət olacaq.

Yeni ofis ən qabaqcıl texnologiyalar ilə, o cümlədən “BP”nin bütün uzaq məsafədə yerləşən dəniz və qurudakı obyektləri ilə birbaşa əlaqə yaratmağa imkan verən Qabaqcıl Birgə İş Mühiti (ACE) texnologiyası, habelə TelePresence, təhlükəsiz çap etmə qurğuları, iclas otaqlarının elektron şəkildə sifariş edilməsi və VoİP (interter protokolu üzərindən səs) telefoniya ilə təchiz ediləcək.

Yeni ofisin açılışına həsr olunmuş tədbirdə çıxış edən Qordon Birrell deyib: “Biz Bakıda vahid müasir bir ofisə köçməkdən məmnunluq hissi duyuruq və bu ofis, demək olar ki, bütün işçilərimizi bir yerə toplamaqla “bir ailə” mühiti yaradacaq. Yeni ofis işçilərin iclaslar və digər işgüzar məqsədlər üçün şəhərin müxtəlif yerlərinə səfər etməsi zərurətini aradan qaldıracaq. İclas otaqlarımızda istifadə edilən müasir TelePresence texnologiyası bizə imkan verəcək ki, dünyanın müxtəlif yerləri ilə birləşmiş şəbəkə üzərindən əlaqə yaradaraq “şəxsən” görüşmə imkanı əldə edək və bu, iclas iştirakçılarının özlərini fiziki cəhətdən olmadıqları yerdə hiss etmələrinə imkan yaradacaq. Mən qürur duyuram ki, kollektivimiz bu sağlam, texnoloji cəhətdən əlverişli və gözəl iş mühitindən faydalanacaq. Xüsusilə də, yeni ofisimizdəbeynəlxalq miqyasda qəbul edilmiş praktikaya uyğun olaraq məhdud əmək qabiliyyətli insanlar üçün lazımi şəraitin olacağından çox məmnunam.”

Binanın tikintisi 2009-cu ilin sonlarında başlanıb və hazırda başa çatmaq üzrədir. “BP Azərbaycan” şirkətinin heyəti artıq Bakının müxtəlif yerlərində olan əvvəlki ofislərindən “BP Xəzər Mərkəzi”nə köçməyə başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar