Avro bahalaşır
12 Fevral 2013 Çərşənbə Axşamı 03:18
Avropanın vahid valyutasının kursu dollarla müqayisədə 0,28 faiz artıb.
Avropa Birliyinin maliyyə bazarı öz işini avronun mübadilə kursunun artımı ilə başa vurub. Avropanın vahid valyutası dollarla müqayisədə 0,28 faiz bahalaşıb və 1 avro 1,3404 dollara bərabər olub. Əvvəlki günlərdə avro Amerika valyutasına nisbətdə 1,62 faiz ucuzlaşmışdı.
Ekspertlər hazırkı artımı Avropa Mərkəzi Bankının İdarəçilər Şurasının üzvü Yens Vaydmanın bazar kertəsi Almaniyanın Frayburq şəhərindəki konfransda etdiyi çıxışla əlaqələndirirlər. O, çıxışında bildirmişdi ki, avronun hazırkı mübadilə kursu yüksək deyil. Bankir bununla ona eyham vurub ki, Avropa Mərkəzi Bankı bəzi avropalı siyasətçilərin avronun mübadilə kursunun ABŞ dolları ilə paritet səviyyəyədək “azaldılması” barədə tələblərini rədd edir. Belə təşəbbüslə periferiy ölkələrin və Fransanın hakim dairələri çıxış edirlər.
“Avronun yüksək kursu ilə bağlı deyilənlər öz iqtisadiyyatlarında islahatlarla lazımi qaydada məşğul olmayan hökumətlərin yayındırıcı manevridir. Avropa Mərkəzi Bankı hazırkı böhranı təkbaşına həll edə bilməz”, - Yens Vaydman deyib. O, siyasətçilərə avronu zəiflətməyə çalışmamaqla bağlı xəbərlarlıq edib.
DOSTLARINLA PAYLAŞ: