Albalı kartdan Yeni il bonusu
21 Dekabr 2012 Cümə 19:11
6 ay və daha artıq müddətli alış-veriş edən hər kəs etdiyi əməliyyatın 3.03 faiz toplam bonus qazanacaq.
Çox-çox sərfəli “Albalı” kartdan yeni il sürprizi. Dekabrın 22-dən 28-nə kimi (7 gün) partnyor şəbəkəsində “Albalı” kartla 6 ay və daha artıq müddətli alış-veriş edən hər kəs etdiyi əməliyyatın 3.03 faizi həcmində toplam bonus qazanacaq. “Albalı” kart sahibləri “Unibank”ın 300-ə yaxın partnyor mağazasında bu fürsətdən istifadə edə biləcəklər.
Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Atəşgah” Sığorta şirkətinin 11 satış məntəqəsində, “28 MALL”, “Integral”, “World Telekom” və “Nərgiz” Ticarət Mərkəzində elə yerindəcə “Albalı” taksit kartlarını rəsmiləşdirmək mümkündür. Gənclik metrostansiyasının çxışında qurulmuş stenddə də “Albalı” karta sahiblənmək olar.
3 il müddətinə kredit cəlb etməyə imkan verən “Albalı” kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.
Həyatınızı bu qədər rahatlaşdıran “Albalı” kartı haqqında daha çox məlumat almaq üçün albali.az saytına daxil olun! Burda hər gün artan partnyorların siyahısı ilə də tanış ola ( http://albali.az/partnyorlar/) bilərsiniz.
Xidmətlə bağlı əlavə məlumatları (012) 117 nömrəli telefondan öyrənmək olar.
“Albalı” – çox-çox sərfəli kart!
“Unibank” – hər kəsin bankı!
DOSTLARINLA PAYLAŞ: