"YouTube" bataqlığı
18 May 2010 Çərşənbə Axşamı 18:50
Sayta hər gün 2 milyard adam daxil olur.
Tanınmış “YouTube” videoservisi tərəfindən yayılan məlumata görə, gün ərzində saytda baxılan roliklərin sayı 2 milyardı keçir. Bu, saytın beş yaşı tamam olandan bir ay sonra müşahidə olunub.
Qeyd edək ki, 2 milyarddan çox gündəlik baxılma sayı barədə məlumat “YouTube” rəhbərliyi tərəfindən onların resurslarının yaranma tarixinin qorunması və populyarlığının artırılması istiqamətində həyata keçirilən yeni təşəbbüs çərçivəsində təqdim edilib.
Bundan əlavə sözügedən təşəbbüsün bir hissəsi olaraq şirkət haqqında məlumatlar toplanılan “YouTube” 5 Year Channel (youtube.com/fiveyear) kanalı da istifadəyə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: