Müdafiə Nazirliyinin saytı yeniləndi
20 May 2012 Bazar 05:57
Artıq sayt vasitəsilə nazirliyin rəhbər şəxslərinə şikayət etmək də mümkündür.
Müdafiə Nazirliyinin rəsmi saytı yenidən təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib. AzərTAc xəbər verir ki, saytda hərbi qanunvericilik, hərbi doktrina, silahlı qüvvələrin qanunvericilik bazası və ordumuzun NATO-ya inteqrasiyasına həsr edilən məlumatlar yer alıb.
www.mod.gov.az saytında əsas yeniliklərdən biri nazirliyin rəhbər şəxslərinin qəbul günlərinin göstərilməsidir.
Saytda yaradılan müraciətlər bölümündə isə vətəndaşlar onları düşündürən məsələ barədə onlayn daxil ola və sorğularını, şikayətlərini göndərə bilərlər. Sorğu qəbul olunan kimi dərhal müraciət edən şəxsə onun məktubunun qəbul olunması və araşdırılması barədə bildiriş verilir.
Yaxın vaxtlarda saytın ingilis dilli versiyasının da yaradılması nəzərdə tutulub.
DOSTLARINLA PAYLAŞ: