Nömrə daşınması xidməti başlayıb
01 Dekabr 2012 Şənbə 19:27
Abunəçi eyni nömrədə qalaraq, başqa operator xidmətinin istifadəçisi ola biləcək.
Artıq bundan sonra tətbiq ediləcək mobil nömrə daşınmasının əsas üstünlüyü abunəçinin eyni nömrədə qalaraq, başqa operator xidmətinin istifadəçisi olmasıdır. Əgər abunəçini istifadə etdiyi mobil operatoru qane etməsə, o, nömrəni dəyişmədən başqa mobil operatora keçə bilər.

Bununla da nömrə abunəçinin şəxsi mülkiyyətənə çevrilir. Bunun üçün isə müştəri mobil operatorun müştəri xidmətlərinə müraciət etməlidir. Müştəriyə yeni sim kart verilir. Bu isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və abunəçinin üzvü olduğu yeni operator xidməti tərəfindən nizamlanır.

Bu əməliyyat 6 gün ərzində həyata keçiriləcək. Lakin muştəri yeni operator nömrəsini 3 ay müddətinə dəyişə bilməyəcək. Apardığımız sorğu isə göstərdi ki, insanlar hələki yeni metod barədə o qədər də məlumatlı olmasalar da, yeniliyə müsbət yanaşdılar.

Ekspertlər isə hesab edirlər ki, gözlənilən bu xidmətin həyata keçirilməsinin abunəçilərin xeyrinə işlədiyini və mobil rabitə bazarında rəqabəti artıracaq.

Qeyd edək ki, mobil nömrə daşınması xidmətini Azərbaycanın 3 operatoru tərəfindən istifadəyə veriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar