YouTube bağlanır!
01 Aprel 2013 Bazar Ertəsi 03:29
Şirkət istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb.
Google şirkəti istifadəçiləri ilə zarafat edib və onlara YouTube portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb.

“Aprelin 2-də gecə yarısı YouTube portalı fəaliyyətini dayandıracaq. Bu, mütəxəssislərin növbəti 10 il ərzində bütün zamanlarda yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirməsi üçün elilir”, - şirkətdən bildirilib.

Bundan başqa, Googde istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək.

Sonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş.

Qeyd edək ki, hazırda YouTube-nin auditoriyası 1 milyard nəfərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar