Yeni BMW M6
09 Sentyabr 2009 Çərşənbə 16:05
Bu il sentyabr ayının ortalarında Frankfurtda (Almaniya) keçiriləcək beynəlxalq avtomobil sərgisində “BMW” şirkəti yeni BMW M6 modelini nümayiş etdirəcək.
Bu il sentyabr ayının ortalarında Frankfurtda (Almaniya) keçiriləcək beynəlxalq avtomobil sərgisində “BMW” şirkəti yeni M6 modelini nümayiş etdirəcək.
«APA-ECONOMICS»in məlumatına görə, yeni modelin texniki parametrlərində bir sıra dəyişikliklər olsa da, M6-nın mühərriki dəyişməz qalıb – 500 at gücünə malik olan 10 silindrli mühərrik.
Xarici görüşünə gəldikdə, yeni M6 modeli elə də dəyişdirilməyib. Dəyişikliyin əsasını avtomobilin tutqun rəngi təşkil edib ki, bu rəng bir çox idman avtomobil modellərinin atributu sayılır. Lakin “BMW”-nin bu rəngini («Frozen Grey») adi tutqun plyonka ilə çaşdırmaq lazım deyil. Belə ki, tutqun plyonkalardan da hazırda geniş istifadə olunur. APA
DOSTLARINLA PAYLAŞ: