Windows 8 təqdim olundu
01 Mart 2012 Cümə Axşamı 03:24
Windows 8 təqdim olundu. Yeni sistem planşetlərdən ofis kompüterlərinə qədər bütün cihazlar üçün uyğundur.
“Microsoft” korporasiyası İspaniyanın Barselona şəhərində keçirilən Mobile World Congress sərgisində planşetlərdən ofis kompüterlərinə qədər bütün cihazlar üçün uyğun olan “Windows 8”-i təqdim edib. Şirkət rəsmisi Stiven Sinofski keçirdiyi mətbuat konfransında “Windows 8”-in ümumiləşdirilmiş sistemi sayəsində dizaynla birlikdə iş xüsusiyyətlərinin də inkişaf etdiyini, istifadənin hər cür kompüter üçün olduqca asanlaşdığını deyib. Cihazdan asılı olmayaraq ən yaxşı əməliyyat sistemi seçmənin çox əhəmiyyətli olduğunu deyən Sinofski yeni sistem üçün internetdə "Windows Store" adlı tətbiq saytının açılacağını bildirb.
DOSTLARINLA PAYLAŞ: