Soxulcana bənzər robot
29 Noyabr 2011 Çərşənbə Axşamı 15:02
Robotun təbii fəlakət və döyüş bölgələrində fəaliyyət göstərməsi nəzərdə tutulub.
ABŞ alimləri elmdə inqilab sayıla biləcək robot hazırlayıblar. ANS PRESS-in məlumatıma görə, ilk nümunəsi sınaqdan keçirilən 12,5 santimetr uzunluğunda, dördayaqlı soxulcan kimi qıvrıla bilən robot təbii fəlakət və döyüş bölgələrində fəaliyyət göstərməsi nəzərdə tutulub.

Robotun zəlzələ nəticəsində dağıntılar altında müşahidə apararaq xəsarət almış insanları müəyyənləşdirmək və müharizə zonasında kəşfiyyat apara biləcək.

Robot hava ilə şişirdilərək işlək vəziyyətə gətirilir. Sonradan isə onu avtomatik və ya kompüter vasitəsilə hərəkətə gətirilir. Qeyd edək ki, robot Harvard universitetinin alimləri tərəfindən hazırlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar