Jego gelir
06 İyun 2013 Cümə Axşamı 14:22
Jego ile mobil telefondan internet vasitesi ile mobil ve stasionar telefonlara zeng etmek mümkün olacaq.
“China Daily” qəzeti yazıb ki, Çinin “China Mobile” telekommunikasiya operatoru “Skype”a rəqib kimi nəzərdə tutulmuş "Jeqo" mobil tətbiqini tanıdıb. Yeni tətbiqin əsas funksiyası internet üzərindən mobil və stasionar telefonlara zəngdir. "Jeqo" mobil tətbiqi vasitəsilə həmçinin mətn və səs mesajları göndərmək, həmçinin proqramın digər istifadəçilərinə zəng etmək mümkündür.

Çin analitiki Fu Lyanın sözlərinə görə, beynəlxalq zənglərin qiymətlərinin artması nəticəsində İP telefoniya getdikcə daha da populyarlaşır. Onun fikrincə, Çin şirkəti mövcud “oyunçu”lardan bazar payı “qopartmaq” üçün əla şanslara malikdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar