İslami Facebook
29 May 2010 Şənbə 20:00
Pakistanda IT mütəxəssislər İslami Facebook saytı hazırlayıblar.
Facebook sosial şəbəkəsində Məhəmməd (s.ə.s) peyğəmbərin karikaturaları müsabiqəsinin keçirilməsinə qarşı Pakistanın Lahor şəhərindəki 6 gənc yeni sosial şəbəkə hazırlayıblar. Müsəlman dünyasına xidmət etməsi məqsədi ilə yaradılan web səhifəyə "MillatFacebook" adı verilib.
Sosial şəbəkəni hazırlayanlardan biri olan Ömer Zahir Mirin sözlərinə görə, çərşənbə günü hazırlanan saytın istifadəçilərinin sayı artıq 8 min nəfərə çatıb.
Qeyd edək ki, Facebook sosial şəbəkəsində Məhəmməd (s.ə.s) peyğəmbərin karikaturaları müsabiqəsinin keçirilməsinə qarşı bir müddət öncə Pakistanda minlərlə insanın iştirakı ilə kütləvi etiraz aksiyaları keçirilmişdi. Bununla bağlı olaraq isə Pakistanın Lahor Ali Məhkəməsi şəbəkənin Pakistan ərazisində istifadəsinə qadağa qoymuşdu. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: