iPhone 5 gəlir
05 Aprel 2012 Cümə Axşamı 12:24
iPhone 5-in iyun ayında satışa çıxarılması gözlənilir.
Aplle-in uzun müddətdir gözlənilən iPhone 5 telefonu iyun ayında satışa çıxarılacağı iddia edilib. ANS PRESS CNN-ə istinadən xəbər verir ki, bu barədə iPhone və iPad-un istehsal edildiyi Foxconn fabrikində çalışan işçi bildirib. Bu, sbundan əvvəl alıcılara iPhone 3G, iPhone 3GS, iPhone 4 və iPhone 4S təqdim olunmuşdu.

iPhone 4S-dən əvvəl bütün nəzərlər iPhone 5-ə yönəlmişdi. Amma Apple-ın bir neçə yeni funksiya ilə təchiz olunmuş iPhone 4S-i gözlənildiyi kimi alınmasa da , gündə 1 milyon ədəd satıla bilib.

Yeni iPhone-da 3D kameranın da olacağı iddia edilməklə yanaşı, çox incə və xəfif bir dizayna malik olması gözlənilir.




DOSTLARINLA PAYLAŞ:

oyunlar