Google tehsil işine girişir
14 Sentyabr 2013 Şənbə 12:19
Google tehsil işine el atır. İstenilen kes neheng universitetlerin onlayn kursları üzre tehsil almaq imkanı elde ede biler.
“Google” axtarış sistemi tələbələrə onlayn təhsil almaq imkanı verəcək. Harvard və Massaçusets Texnoloji universitetlərinin dəstəyini qazanan “Google”, “MOOC.org” adlı layihəsini işə salmağa hazırlaşır. Bu portalda bütün arzu edənlər nəhəng universitetlərin onlayn kursları üzrə təhsil almaq imkanı əldə edəcəklər.
ANS PRESS-in Rabitə nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, “MOOC.org” akademik təhsil versə də, platforma açıq olacaq. Belə ki, universitet, şirkət və qeyri-kommersiya təşkilatları, eləcə də fərdi müəlliflər öz onlayn kurslarını hazırlayaraq burada yerləşdirə biləcəklər. Artıq kurslarda iştirak üçün ərizələrin qəbuluna başlanılıb.
Hazırda resurs fəaliyyət göstərmir, lakin saytda kursun 2014-cü ilin birinci yarısında işə salınacağı qeyd olunub. Sayt vaxtilə “Google”un hazırlanmasında iştirak etdiyi “edX” tədris platforması əsasında işləyəcək. Kurs tərtibatçılarının istifadəçilərin biliklərə nə dərəcədə yiyələnə bilməsi barədə statistika almaq imkanı olacaq ki, bu da tədris prosesini maksimum optimallaşdırmağa imkan verəcək.
DOSTLARINLA PAYLAŞ: