"Google" "Microsoft"a meydan oxudu
19 May 2010 Çərşənbə 17:30
"Android"ə smartfonlar bazarında tələbat artıb.
Nəhəng internet-axtarış sistemi olan “Google” smartfonlar bazarında əsas rəqiblərindən biri “Microsoft”u geridə qoyub. “Google”un təqdim etdiyi “Android” əməliyyat sisteminə tələbat ilk dəfə olaraq “Microsoft”un "Windows Mobile" sistemi ilə müqayisədə artıq olub.

"Gartner" şirkətinin məlumatında bildirilir ki, bu ilin yanvar-mart ayındakı satışların nəticələrinə əsasən, “ОС Android” “Windows Mobile”ni geridə qoysa da, hələlik "Nokia”nın "Symbian", eləcə də "Research in Motion" və “Apple”ın məhsullarından geridə qalır.

"Gartner”in digər məlumatında isə qeyd olunub ki, yanvar-mart ayında smartfonların satışındakı 49 faizlik artım qlobal mobil telefonlar bazarının illik hesablamasının 17 faiz qalxmasını təmin edib.
anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar