Gence niye internetsiz qaldı?
20 May 2013 Bazar Ertəsi 17:52
Gence şeherinin ekser erazilerinde internet kesilib.
“Gəncənin əksər ərazilərində internet kəsilib”. Bunu ANS PRESS-in bölgə müxbirinə açıqlamasında Gəncə Telekommunikasiya İdarəsinin baş mühəndisi İsrail Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Gəncə şəhərinin Nizami küçəsində, Yeni Gəncə yaşayış massivində, şəhərdən Şəmkir yolu istiqamətində olan ərazilərdə, “Natəvan” qəsəbəsində internet kəsilib. Bundan əlavə daha 400 telefon xətti işləmir.

İ. Məmmədovun sözlərinə görə, buna səbəb ötən gün güclü yağışın yağması və şəhərdə qazıntı işlərinin aparılmasıdır.

Xatırladaq ki, Gəncə şəhərinə telefon xətləri ötən əsrin ortalarında çəkilib və yararsız vəziyyətdədir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar