Elastik smartfon gelir
26 Sentyabr 2013 Cümə Axşamı 05:27
Samsunq qatlana bilən telefonu təqdim edəcək.
Samsunq daha bir yeniliyə imza atmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, şirkət elastik smartfon hazırlığına başalayıb. Qatlana bilən smartfonun oktyabr ayında istehsal edilməsi nəzərdə tutulub. Yenilik "Galaxy Note 3" seriyasına aid olacaq.
Şirkət hələ ötən il elastik ekranlı telefon istehsal etmək niyyətində olduğunu açıqlamışdı. amma görünür tezniki şərtlər çətin olub.
Bu texnologiyadan Samsunq, Sony və LG-nin 55 düymlük televizorlarında istifadə edilsədə, o çox bahalı texnologiya hesab edilir. İndi istehsalçılar onun ucuz variantının üzərində işləyirlər.
DOSTLARINLA PAYLAŞ: