Barcamp Azərbaycan 2009
04 Avqust 2009 Çərşənbə Axşamı 18:55
“Barcamp Azərbaycan 2009, Gəncə” qeyri-Konfransı 14-16 avqustda, Emon otelində keçiriləcəkdir. Tədbirdə 200-25o yaxın iştirakçının iştikçının iştirakı gözlənilir.
BarKamp (BarCamp) -  İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Yeni Media qeyri-konfransıdır (onun qeyri-rəsmi, mehriban ab-havasını vurğulamaq üçün qarşısına “qeyri” sözünü əlavə edirik). Bu unikal konfrans məhz iştirakçıların özləri tərəfindən hazırlanan açıq təqdimatlardan, mühazirələrdən, hesabatlardan, master-qruplardan ibarətdir.
“Barcamp Azərbacan 2009, Gəncə” qeyri-Konfransı 14-16 avqustda, Emon otelində keçiriləcəkdir. Tədbirdə 200-25o yaxın iştirakçının iştikçının iştirakı gözlənilir.

Tədbirin əsas məqsədləri:
Azərbaycanda yeni İnternet və Yeni Media layihələrinin inkişafının stimullaşdırılması;
İT və Yeni Media mütəxəssisləri arasında təcrübə mübadiləsinin təşkili;
Son İnternet texnologiyalarının tətbiqinin sürətləndirilməsi;
İT və Yeni Media problemlərinin, inkişaf perspektivlərinin müzakirəsinə şərait yaradılması.
Təqdimatlar (mühazirələr, hesabatlar, master-klaslar, çıxışlar, diskussiyalar və s.) eyni zamanda 3-4 paralel sessiyada davam edəcəkdir.  Konfransda Azərbaycan və Rus dillərində 50-yə yaxın təqdimatın olacağı gözlənilir.
Beləliklə, növbəti BarKamp Azərbaycan gəlir! Xatırladaq ki, ilk BarKamp Azərbaycan ötən il 29-31 avqustda Lənkəranda keçirilmişdi.
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar