BakuBuild işinə başlayıb
21 Oktyabr 2009 Çərşənbə 14:40
BakuBuild sərgisi işinə başlayıb. Sərgidə 27 ölkədən 270 şirkət iştirak edib.
Bu gün paytaxtımızda sayca 15-ci “BakuBuild” Beynəlxalq Tikinti Sərgisi öz işinə başladı.
Heydər Əliyev idman-sərgi kompleksində təşkil olunan sərgi oktyabrın 24-nə kimi davam edəcək.

Builki sərgi Böyük Britaniyanın “ITE Group” və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian”, Fövqəladə Hallar Nazirliyi, Ticarət-Sənaye Palatası, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası və Memarlar İttifaqının dəstəyilə keçirilir.

“BakuBuild” 15 il ərzində dünyanın 35 ölkəsindən 1600-dən çox şirkəti qəbul edib. Bu sərgidə isə 27 ölkədən 270 şirkət iştirak edir. Həmin ölkələrdən iştirakçıların 30%-ni yerli şirkətlər təşkil edir.

Sərgidə yeni texnologiyalar, inşaat materialları, tikinti avadanlıqları təqdim olunub.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar