Apple sapfir ehtiyatı yığır
23 Fevral 2014 Bazar 22:11
Şayiələrə görə, Apple iPhone smartfonunda sapfir ekranlardan istifadə etmək istəyir.
Kütləvi informasiya vasitələrində Apple şirkətinin sapfir şüşələrə marağı haqqında dəfələrlə yazılıb.

Canonical şirkətinin baş direktoru Mark Şattlvortun sözlərinə görə, Apple şirkəti 4,5 düymlük sapfir ekranların böyük partiyasını satın alıb.

Qeyd edək ki, Canonical şirkəti sözügedən ekranları Ubuntu Phone OS ilə işləyən Edge smartfonunda istifadəyə ümid edirdi. Şattlvort deyib ki, iPhone və iPad istehsalçısı sapfir ekranların üçillik ehtiyatını əldə edib.

Şayiələrə görə, Apple iPhone smartfonunda sapfir ekranlardan istifadə etmək istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar