400 min dollarlıq kompüter
10 İyul 2013 Çərşənbə 17:58
Apple-1 təxmin edilenden aşağı qiymete satılıb.
Apple-1 kompüteri hərracda 400 min dollara satılıb. 1976-cı ildə Stiv Wozniak və Stiv Cobs tərəfindən istehsal olunan Apple-1 kompüteri Christie hərracında 387.800 dollara satılıb.

1976-cı ildə bazara çıxarılan qurğunun pərakəndə qiyməti 666,7 dollar olub. Kompüter 96 ölkənin sakinlərinin iştirakı ilə online hərrac vasitəsilə satılıb.

500 min dollara satılacağı proqnozlaşdırılan Apple-1 təxmin ediləndən aşağı qiymətə satılıb. Bundan öncə hərraca çixarılan digər iki Apple kompyuteri 600 min dollardan yüksək qiymətə satılıb.

May ayında hərraca çıxarılan 1976-ci il istehsallı digər bir kompyuter isə 671,4 min dollarlıq satış qiyməti ilə rekord vurub. Bu hərrac Köln şəhərində keçirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar